Dövlət Sərhəd Xidməti rəisinin iki müavini ehtiyata buraxılıb.
Bizimaz.az bildirir ki, bu barədə BAKU.WS-ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu gün DSX-nin aparatında Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasim çərçivəsində DSX rəisinin Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov DSX-nin döyüş bayrağı ilə vidalaşıblar.