Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Bakıda iyunun 28-də başlayan “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimləri davam edir.

 

Bizimaz.az bildirir ki, bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunur.

 
BAKU.WS
VİDEO