Xəbər lenti


Azərbaycan-Pakistan İşçi qrupu səviyyəli görüşün Protokoluna əsasən, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıda təşkil olunan “Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr üzrə təcrübə mübadiləsi”ndə iştirak edir.
Bizimaz.az: Müdafiə Nazirliyində verilən xəbərə görə, oktyabrın 2-də Müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev briqada generalı Reyhan Naimin rəhbərlik etdiyi Pakistan nümayəndə heyətilə görüşüb. Tərəflər hərbi əməkdaşlığın hazırkı vəziyyətini müzakirə edib, mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr üzrə hər iki ölkə ordusunda aparılan işlər barədə fikir mübadiləsi aparıblar.



Sonra hər iki tərəf mövzu barədə brifinqlər təqdim edib, fikir mübadiləsi aparıb və görüş iştirakçılarının suallarını cavablandırıblar. Səfər oktyabrın 4-dək davam edəcəkdir.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov