bizimaz.az Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, mürəkkəb əməliyyat şəraitində keçirilən taktiki-xüsusi təlimdə mühəndis qoşunlarının mütəxəssisləri müasir avadanlıq və vasitələrdən istifadə etməklə ərazinin kəşfiyyatını aparıb, eləcə də qoşunların hərəkət yollarının hazırlanması üzrə tapşırıqları icra ediblər.
Bundan əlavə, şəxsi heyət şərti düşmən tərəfindən basdırılmış minaların aşkarlanması, onların xüsusi üsullarla məhv edilməsi, habelə təyin edilmiş sahəyə gəldikdən sonra ərazidə mühəndis-müşahidə postlarının yaradılması normativlərini də yerinə yetirib.