Xəbər lenti

Müdafiə naziri Moskvada tədbirlərdə iştirak edib - VİDEO+FOTOLAR
Moskvaya səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub.
bizimaz.az Nazirlikdən verilən məlumata görə, müdafiə naziri digər qonaqlarla birgə sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlara baxış keçirib. Nümayiş etdirilən eksponatlar yarışlar keçirilən günlərdə qonaqların yaxından tanış olmaları üçün sərgilənəcək.



Müdafiə naziri “Səhra mətbəxi” müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları yarışların iştirakçıları və qonaqlar üçün 150-dən çox milli mətbəx nümunələri təqdim ediblər. Çoxsaylı qonaqlar Azərbaycanın hərbi aşpazlarının hazırladıqları təamların dadına baxıblar.

Tədbirdə həmçinin ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak edib.





 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov