Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünən keçirilmiş iclasında bəyan edib ki, Azərbaycan xaricdən silah və hərbi texnikanın alınması üçün yeni müqavilələr bağlamaqdadır.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.
Hərbi xidmətini yerinə yetirərkən Beyləqan rayonunun Aşıqalılar kənd sakini Azər Aftandil oğlu Babayev həlak olub. Bu barədə sosial şəbəkələrdə həlak olmuş əsgərin həmkəndliləri yazıb.
Müdafiə nazirinin 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışı keçirilib.
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin və İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin işçi görüşü keçirilib.
Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.