Xəbər lenti

ABŞ nümayəndə heyəti Müdafiə Nazirliyinin hərbi hissəsində
 

Azərbaycana səfəri çərçivəsində ABŞ Konqresi Nümayəndələr palatasının Xarici işlər, silahlı qüvvələr və təxsisatlar üzrə komitələri üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti hərbi hissələrdən birini ziyarət edib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, nümayəndə heyəti üçün ölkəmizin beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakına dair brifinq təqdim edilib, Əfqanıstanda və İraqda keçirilən əməliyyatlarda iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüş təşkil olunub.

Qonaqlar şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün hərbi hissədə yaradılan şəraitlə tanış olublar.

Sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlara Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər, regional təhlükəsizlik, eləcə də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun nəticələri barəsində ətraflı məlumat verilib.


ABŞ-ın döyüş gəmilərə boğazı keçdi - Ölkə TƏŞVİŞ İÇİNDƏ
 

ABŞ donanmasına aid iki döyüş gəmisi Tayvan boğazına keçib.

Publika.az xəbər verir ki, Bu barədə Tayvan Müdafiə Nazirliyi informasia yayıb.

ABŞ donanmasının “Preble” destroyeri və “Walter S. Diehl” donanma neft tankerinin boğazdan keçidi rəsmi Pekində təşviş yaradıb.

ABŞ donanmasının 7-ci alayının komandanı Kayl Doss məsələ ilə bağlı açıqlamasında gəmilərin Tayvan boğazından keçidini ABŞ-ın azad və açıq Hind-Sakit okeana olan bağlılığının göstəricisi kimi qiymətləndirib.

Çin Xarici İşlər Nazirliyi isə yaydığı bəyanatda Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində həssas mövzu olduğunu vurğulayıb.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov