"Yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən idarəetmədən çıxan yük avtomobili hərəkətdə olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusa çırpılıb. Nəticədə avtobusda olan sərnişinlər, eyni zamanda ərazidə olan piyadalar arasında həlak olan və xəsarat alanlar var".

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib:

"İlkin məlumata görə, 5 nəfər həyatını itirib, 21 nəfər isə yaralanıb. Daha ətraflı müvafiq qurumlar tərəfindən açıqlama veriləcək.

Bizdə olan məlumata görə, səhər saatlarında şəhərdən Mərdəkan istiqamətində güclü sərnişin axını olmadığından avtobusda elə də çox sərnişin olmayıb. Xəsarət alan və həlak olanlar əsasən ərazidə olan piyadalar arasında qeydə alınıb".

 

VİDEO