Xəbər lenti

Azərbaycanda ilin ən səs-küylü qətlləri
 

 

2021-ci ilin başa çatmasına 90 gündən artıq vaxt qalsa da, ötən 9 ay müddətində Azərbaycanda kifayət qədər səs-küylü qətl hadisələri baş verib.

 

Bizimaz.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, sentyabrın 30-da Bakının Nizami rayonunda polis nəfəri İsmayıl Məmmədovun həyat yoldaşı Xanım Məmmədovanı elə polis bölməsində qətlə yetirməsi də, 2021-ci ildə baş verən və ən çox rezonans doğuran hadisələrindən biri kimi yadda qaldı.

Bu il daha bir səs-küylü və dəhşətə gətirən hadisə isə may ayında baş verib. Mayın 31-i gecə saatlarında paytaxtın Sabunçu rayonunda Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun öz xanımı Pərvanə Əhmədovanı tüfənglə atəş açaraq öldürməsi də uzun müddət cəmiyyətdə müzakirələrə səbəb oldu.

Bu qətl hadisəsi Fəqan Əhmədovun 10 il azadlıqdan məhrum edilməsi ilə nəticələndi.

Ölümlə nəticələnən daha bir cinayət hadisəsi isə Bakının Xətai rayonunda yerləşən “Beerlin pub”da qeydə alınıb. İaşə obyektinin mühafizəçisi Orxan Şahbazov məkanda müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

Maraqlıdır ki, yuxarıda qeyd edilən digər iki cinayət kimi, bu hadisə də ay sonu, yəni avqustun 30-da baş verib.

Əlavə edək ki, hadisədən dərhal sonra saxlanılan Orxan Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib. O, bir sıra məşhur simaların özəl mühafizəçisi də olub.

Bu il baş verən daha bir səs-küylü cinayətdə qurban yenə qadın olub. Belə ki, avqustun 19-da Bərdə sakini, 1996-cı il təvəllüdlü Fəqan Cabbarov yaşadıqları Uğurbəyli kəndinin yaxınlığındakı əkin sahəsində 27 yaşlı bacısı Nərminə Behbudovanı bıçaqlayaraq qətlə yetirib.

Ən çox müzakirələrə səbəb olan tükürpədən cinayətlərdən daha biri sentyabrın əvvəlində Lənkəranda qeydə alınıb. Burada 1979-cu il təvəllüdlü Şaiq Məmmədov Zövlə kəndi ərazisində keçən çayda əvvəlcə bıçaqla 9 yaşlı oğlu Vahid Məmmədlini öldürüb, sonra isə özü intihar edib.

Sentyabrda azyaşlının ölümü ilə nəticələnən daha bir ağır hadisə də baş verib. Bu dəfə Goranboyda 11 yaşlı Fərid Təhməzov qətlə yetirilib. Hadisəni törədən isə Fəridin anası Gülayət Təhməzova və onun qeyri-rəsmi olaraq birgə yaşadığı Anar Məmmədov olub. Onlar uşağı döyərək öldürüb, sonra isə rayon ərazisindəki qamışlığa atıblar.

Maraqlıdır ki, anası sevgilisi ilə bu hadisəni törətməmişdən əvvəl oğlunun guya itkin düşməsi ilə bağlı polisə məlumat vermişdi.

İlin səs-küyə səbəb olan qətl hadisələrindən daha biri isə avqustun 25-də Bakının Binə qəsəbəsində baş verib. Burada Lerik rayonunun Çayrud kənd sakini Cəfərov Meyxoş Ağası oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Fərəcova Xatirə Ramazan qızına 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Əri Xatirəni çalışdığı gözəllik salonuna az qalmış - işə çatarkən öldürüb. Qətlin törədilməsinə Fərəcova Xatirənin ərindən boşanmaq istəməsi səbəb olub. 

Qeyd edək ki, Xatirə Fərəcova 3 uşaq anası olub. Məlumata görə, o və uşaqları tez-tez əri tərəfindən döyülürmüş.

Ağlasığmaz növbəti cinayət hadisəsində də öldürülən qadın olub. Aprelin 28-də Lerik rayonunun ucqar Barzavu kəndində 40 yaşlı kənd sakini Zəkifə Fərziyeva yaşadığı evində kənddə mollalıq edən Murad Əsgərov adlı şəxs tərəfindən qətlə yetirilib.

Belə ki, Murad Əsgərov qonşuluqda yaşayan Zəkifənin evdə tək olduğunu bilərək gizli şəkildə mənzilə girib və qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. 3 uşaq anası olan qadın qışqırmağa başlayıb və "evə oğru girib" deyərək qonşularını köməyə çağırıb. Qadının qışqırdığını görən M.Əsgərov cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazını kəsərək, onu amansızlıqla qətlə yetirib. 

Molla öldürdüyü qadının dəfnində dua oxuyub, qatili söymüşdü.

Gəncədə də bir ay itkin kimi axtarışda olan, sonradan isə sevgilisi tərəfindən qətlə yetirildiyi məlum olan 19 yaşlı Pərvin Musayevanın ölümü də səs-küyə səbəb olan cinayətlərdəndir.

Hadisənin baş verməsinə gəlincə, cütlük Sərdarın maşınında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini deyib, oğlan isə bununla barışmayıb.

Məlumata görə, Pərvin ondan əl çəkməsi üçün oğlana yalan deyərək başqa birini sevdiyini bildirib. Sərdar isə onu boğaraq öldürüb.

Bundan sonra Sərdar qızın bütün bədənini “skoç”la bağlayıb və məişət tullantılarının atıldığı əraziyə apararaq oraya atıb.

Qeyd edək ki, Pərvinlə Sərdar Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri olub.

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
24 May 2022 Əsgərlikdə ola-ola Bakıda avtoşluq etdi
19 May 2022 İran sərhədçiləri Azərbaycan vətəndaşını GÜLLƏLƏDİLƏR
16 Fevral 2022 Nəcməddin Sadıkovun qəza törətməsi TƏSDİQLƏNDİ
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov