Bu gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb.
Bizimaz.az bildirir ki, bu barədə Bakı Metropoliten QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, saat 12:51-də “Gənclik” metrostansiyasında bir qadın stansiya yoluna yıxılıb.
“Bir qadın stansiya yoluna düşüb. Stansiyaya yaxınlaşan qatarın maşinisti qatarı saxlayıb, məlumat verib. Gərginlik çıxarılıb.
Sərnişin stansiya yolundan çıxarılıb. Araşdırmalar zamanı həmin qadının 1967-ci il təvəllüdlü Bakı sakini Dilguşə Bəkirova olduğu müəyyən edilib.
Hadisə nəticəsində metronun hərəkət sxeminin yaşıl və qırmızı xətlərində 10 dəqiqəyə yaxın yubanma olub”, - deyə qurum rəsmisi bildirib.