06 avqust 2021-ci il tarixdə saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş Prokurorluqdan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
09:58
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı minaya düşüb.
Oxu.Az-ın məlumatına görə, ANAMA-nın əməkdaşı Fərid Əliyev Ağdamın işğaldan azad olunan ərazisində yeni çəkiləcək yolu minalardan təmizləyən zaman xəsarət alıb.