İyulun 11-də Azərbaycanda zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 15:27-də Naxçıvan Respublikasının Şərur rayonunda qeydə alınıb.
Ocağı yeddi kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası üçə bərabər olub.
Zəlzələ hiss olunmayıb.