Xəbər lenti

 

Bu gün səhər Rusiyanın İrkutsk vilayət məhkəməsində bəşər tarixinin ən dəhşətli manyaklarından birinin məhkəməsi başlayıb.

 

Bizimaz.az Milli.Az -a istinadən xəbər verir ki,  müttəhimlər kürsüsündə "anqarsk manyakı" kimi tanıanan keçmiş milis Mixail Popkov əyləşib.

Məlumata görə, Popkov indiyədək 84 qadını öldürməkdə təqsirli bilinir. Amma yeri-rəsmi məlumata görə, onun qurbanlarının sayı 100-dən çoxdur. Manyak öz qurbanlarını amansızcasına öldürməklə yanaşı, onları həm də zorlayıb. Buna görə də onun barəsində ikiqat ömürlük cəzası kəsilib. 

İlkin mətbuata görə, bugünkü məhkəmədə o, istintaqa məlum olmayan yeni qurbanlarıyla bağlı etiraflar edəcək.

 

Xatırladaq ki,  Mixail Popkov cinayətlərini Rusiyanın İrkutsk vilayəti, Buryatiya Respublikasında, Çita vilayətində və Primyore diyarında törədib. Popkov zamanında İrkutsk vilayətinin Anqarsk şəhərində milis işləyib. Sonra maşın alış-verişi ilə məşğul olub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov