Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla öldürüb.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, hadisə bu gün səhər saatlarında, Yasamal rayonu ərazisində qeydə alınıb.

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən adlı təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib. Daha sonra həmin silahla özünü güllələyərək intihar edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.