Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən 2 fərdi yaşayış evində partlayış baş verib.
Bizimaz.az REAL-a istinadən xəbər verir ki, uçqun altında qalan 6 nəfər Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən sağ çıxarılıb.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerində idi az öncə.
Dağıntılar altından bir nəfərin meyiti çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının olduğu bildirilir.
Axtarış-xilasetmə əməliyyatı davam edir.