Xəbər lenti


 

2019-cu ilin noyabrın 15-də Bakı Dövlət Universitetində ilk dərslərin başalanmasının  100 illiyi tamam olur.Məlumdur ki, 1919-cu il sentyabrın 1-də Parlament Bakı şəhərində dövlət uni versitetinin təsis edilməsi haqqında Qanun qəbul etdi.
Elə həmin iclasda Parlament 1919-1920-ci dərs ilində 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərinə göndərilməsi haqqında da qərar qəbul etdi. Universitetin 4 fakültədən ibarət olması nəzərdə tutulsa da, noyabrın 15-dən 2 fakültə ilə (tarix, filologiya və tibb fakültəsi) fəaliyyətə başladı. Universitetin açılışında Parlament və Hökumət üzvləri, tanınmış ziyalılar iştirak etdilər.Azərbaycan cümhuriyyətininMaarif naziri Rəşid xan Kaplanov və Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə  və Azərbaycan CümhuriyyətininMaarif naziri Rəşid xan Kaplanov "Osmanlı ədəbiyyatı tarixi"ndən universitetdə mühazirələr oxuyurdular.
 
Bu tarixi hadisənin reallaşmasında ciddi xidmətləri olan insanları xatırlamaq borcumuzdur.İlk öncə universitet auditoriyalarında mühazirələr oxumuş görkəmli dövlət xadimlərindən ikisini  - M.Ə.Rəsulzadə və R.  Kaplanov haqqında ümumi bilgiləri oxuculara təqdim edirəm.
 
 
MƏHƏMMƏD  ƏMİN  RƏSULZADƏ (1884 − 1955)
 
Azərbaycanın  tanınmış ictimai-siyasi  xadimi M.Ə.Rəsulzadə 1884-cü ilin yanvarın 31-də Bakının  Novxanı kəndində anadan olub. İlk öncə 2-ci Rus-müsəlman məktəbində, sonradan isə Bakı Texniki məktəbində təhsil alıb.
 
1903-cü ildə M.Ə.Rəsulzadə ilk siyasi təşkilatını − Gənc Azərbaycanlı İnqilabçılar dərnəyini yaradıb. 1904-cü ildə Müsəlman Sosial-Demokrat Təşkilatı olan Hümmətin əsasını qoyanlardan biri olub. 1903-1908-ci illərdə “Şərqi-rus”, “İrşad”, “Təkamül”, “Tərəqqi” qəzetlərində çoxlu sayda yazıları çap edilib.
 
M.Ə.Rəsulzadə 1909-1910-cu illərdə İranda, 1911-1913-cü illərdə Türkiyədə yaşayıb. O, 1911-ci ildə əsası qoyulan Müsavat Partiyasının başqanı və ideoloqu olub.
 
M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan Milli Şurasının Sədri seçilib. 1918-ci ilin mayın 28-də Milli  Şura Azərbaycan İstiqlalını  elan edib. 
 
Azərbaycan  Xalq Cümhuriyyəti dövründə M.Ə.Rəsulzadə parlamentdə  Müsavat və bitərəflərdən ibarət olan ən böyük fraksiyanın lideri kimi fəaliyyət göstərib.
 
1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra o, həbs edilib. Sonradan Rusiyaya, oradan isə xaricə gedib, mühacirət həyatı yaşayıb. 
 
M.Ə.Rəsulzadə ömrünün sonuna qədər Türkiyədə, Polşada, Almaniya və Fransada Azərbaycanın azadlığı mübarizəsini aparıb. 
 
O, 1955-ci ilin martında Ankarada dünyasını dəyişib.
 
 
Azərbaycan Parlamentinin 1919-cu ilin avqustunda kecirilən altmış yeddinci iclasında birinci məsələ olaraq “Azərbaycan Darulfununun (universitet – red.) təşkili haqqında qanun layihəsi” muzakirə edildi. _Əsas məruzəci olan parlament katibi Mehdi Hacınskinin cıxışından sonra geniş muzakirələr başladı.Kravcenkonun, Q.Qarabəylinin cıxışından sonra M.Ə.Rəsulzadə geniş məzmunda  fikirlərini parlament uzvlərinə catdırdı.
 
Qeyd edək ki, parlamentdə universitet acılmasında tərəddud movqedə olan, “kimlər acacaq, necə acılacaq, kimlər oxuyacaq” deyən insanlar da vardı.
 
M.Ə.Rəsulzadə bu tərəddudləri aradan qaldıran və universitet acılmasının millətə gərəkliyi vacib olan məzmunda cıxış edərək dedi: “Darulfununun faydalarından birisi də budur ki, burada bir kərə elmi bir muəssisə vucuda gələcək.
 
Bununla məmləkətin məchul qalmış bir cox xususiyyəti oyrəniləcəkdir. Camaat arasında elmə və fənnə nə qədər həvəs artacaqdır. Digər tərəfdən xaricə getməyə imkanı olmayan tələbələr elm və fənn hasil etmək imkanında olacaqlar.
 
Vaxtilə bu darulfunun get-gedə milliləşəcək. Bununla bərabər orada turk dili umumi surətdə məcburi olaraq keciləcək və oyrədiləcəkdir”.
 
 
RƏŞİD  XAN KAPLANOV (1883 − 1937)
Maarif və Dini Etiqad naziri
 
Rəşid Zabit oğlu Kaplanov1883-cü ildə Dağıstanın Xassavyurd qəzasının Ağsay kəndində anadan olub. Milliyyətcə qumıqdır. Əvvəl Vladiqafqazda Realnı məktəbdə, 1910-cu ildə isə Parisdəki Sorbonna Universitetinin hüquq fakultəsində təhsil alıb.
 
R.Kaplanov 1919-cu ilin əvvəllərində Bakıya köçüb. O, Azərbaycan Xalq Cümhuriyyətinin N.Yusifbəyli tərəfindən formalaşdırılan 4-cü Hökumət kabinetində Maarif və Dini Etiqad naziri vəzifəsini icra edib.
 
R.Kaplanov N.Yusifbəylinin 1919-cu ilin dekabrın 24-də təmsil etdiyi 5-ci Hökumət kabinetində Maliyyə Naziri olub.
 
Azərbaycan 1920-ci ilin aprelin 27-də Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra R.Kaplanov həbs edilib, əvvəl Vladiqafqaza, sonra Moskvaya göndərilib.
 
R.Kaplanov 1937-ci ildə həbs olunaraq Moskvada güllələnib.
 
R.Kaplanov N.Yusifbəylinin başçılıq etdiyi 4-cü Hökumət kabinetində Maarif naziri olarkən (14 mart 1919 − 12 dekabr 1919) təhsil sahəsində ciddi inkişaf  baş verdi. İlk olaraq, 1919-cu ilin noyabrında Bakı Dövlət Universitetinin açılışı oldu, yüzə qədər tələbənin Rusiya, Türkiyə və Avropa universitetlərinə göndərildi. Azərbaycan Hökumətinin böyük dəstək verdiyi bu işlərin reallaşmasında R.Kaplanovun da xidməti olmuşdur.
 
1919-cu ildə Azərbaycan Hökumətitədrisi gücləndirmək məqsədi ilə Türkiyədən türk müəllimlərini Bakıya dəvət etdi.Bu dəvətin reallaşdırılmasında Maarif naziri  R.Kaplanovun da əlaqələrindən istifadə olunmuşdu.
 
1919-cu ilin noyabrında Bakı Dövlət Universitetinin açılmasında R.Kaplanov yaxından iştirak etmiş və bir məlumata görə,o,burada Osmanlı ədəbiyyatı tarixindən mühazirələr oxumuşdur.
R.Kaplanov Azərbaycan Parlamentinin iclaslarında da çıxışlar edirdi. Onun ilk çıxışı parlamentin 1919-cu ilin avqustun 21-də keçirilən 67-ci iclasında oldu.
 
Parlamentin toplantısında ilk olaraq “Azərbaycan Darülfünunun təşkili haqqında” məsələ müzakirə edildi. Əsas məruzəçi kimi çıxış edən parlamentin katibi Mehdi bəy Hacınski oldu. M.Hacınski bildirdi ki, Darülfünunun yaradılması ilə bağlı Hökumətin yaratdığı komissiyaya professor-cərrah Razumovski (sədr), üzv olaraq iki nəfər qeyri-professor, Maarif  Nazirliyindən bir nəfər, Bakı bələdiyyəsi və Neft Şurasının hərəsindən də bir nəfər daxildir. M.Hacınski komissiyanın bununla bağlı bir layihə hazırladığını qeyd etdi. O, bildirdi ki, bu məsələyə belə yanaşma vardır: Darülfünun Azərbaycanda olsun, ya olmasın? O, qeyd etdi ki, bu barədə iki cərəyan vardır: biri lehinə, digəri isə əleyhinədir. Bəziləri zamanın uyğun olmadığını desələr də  indi Maliyyə-büdcə komissiyasında hamı tərəfdar olduğunu bildirib. 
 
Sonra Darülfünun layihəsi ətrafında müzakirələr başlandı. İlk olaraq Kravçenko (rus dilində), sonra Q.Qarabəyli, M.Ə.Rəsulzadə, Y.Əhmədov, Vonsoviç (rusca danışır), A.Əfəndiyev, S.Ağamalıoğlu, M.Əfəndizadə, Ə.Qarayev çıxış etdilər. 
 
Sonra söz Maarif naziri R.Kaplanova verildi. O, dedi: “Bulunduğumuz əsrdə yaşaya bilmək vəsaiti-maddiyyədən ziyadə vəsaiti-mənəviyyə olan elmə müvəffəqdir. Əsasən gözlərimiz önündə cərəyan edən əhval və vüquat bu həqiqəti göstərir. Bəziləri də Avropada elm var deyirlər, elə gözləri önündə olan elmi görmürlər. 
 
Məlumunuzdur ki, hər hansı bir mühüm işə başlandığı vaxt, əvvəla məqsədi-əsliyyəni təhlil etmək lazımdır. Bunun üçün biz əvvəla Darülfünun haqqındakı məqsədi-əslimizi təhlil etməliyik. Biz Darülfünunu yalnız  bir neçə müəllimi, bir neçə tələbəni hazırlamaq üçün açmırıq. Və heç də zənn etmirəm ki,bu şəraitlə qəbul edəlim. Bilirsiniz ki, hər mədəni millət və qövm Darülfünun haqqındakı fədakarlıqdan çəkinməz...
 
 
Bir çoxları belə güman edirlər ki, Darülfünun açılması Azərbaycanı nəzərlərdə yüksəldər və İstiqlalımızın qəbul və təsdiqi məsələsinin hüsni-həllinə kömək edə bilər”.
 
R.Kaplanov çıxışında universitet açılmasında tərəddüd edənləri inandırmağa çalışırdı: “Biz Azərbaycan Darülfünunun açılmasında israr edərkən ancaq Azərbaycan dövləti və türk mədəniyyəti-milliyyəsi mənafeyi nöqteyi-nəzərindən edirik. Müstəqil bir millət kimi yaşamaq üçün elani-istiqlal etmək kafi deyildir. Həqiqətən müstəqil yaşaya bilmək və mədəni millətlər ailəsində müəyyən bir mövqe tuta bilmək üçün elə möhkəm bir bünövrə qoymaq lazımdır ki, onun üzərində millətimiz dühayi-milliyyəsini, istedadi-xəllaqiyəsini, xüsusiyyətini ibraz edə bilsin və bununla da öz istiqlalını gələcək imtahanlardan təmin etmiş olsun. Zira mənliyini dərk etmiş bir millət üçün heç bir imtahan qorxunc deyildir”.
 
R.Kaplanov universitetin açılması ilə bağlı çıxışında inandırıcı fikirlər irəli sürür, bunun vacibliyini əsaslandırırdı: “Budur, Darülfünun açmaqla təqib etdiyimiz əsas məqsəd həmin belə elmi qüvvələri və fənni mərkəzi təsis və hasil etməkdir. Ancaq bu, bizə həqiqi müstəqil həyat  yaşamağa imkan verər və milli mədəniyyətimizi möhkəm əsaslar üzərində qoyar. Şübhəsizdir ki, bunun üçün tamamilə milli xüsusata malik  bir mərkəzi-fənniyə yaradılmalıdır. Darülfünun tədris və tənimati-fənniyyə üçün dühayi-milliyyə xüsusiyyatı ilə ahəngdar şərait təmin etmək mənasında  milli ola bilər və olmalıdır”.
 
R.Kaplanov qeyd etdi ki, biz milli bir Darülfünun yaratmaq üçün  onu Avropa dillərinin birində açmalıyıq. O, Darülfünunun geniş imkanlı olması  baxımından rus dilində açılıb, Azərbaycan dövlətinə, türk mədəniyyətinə xidmət etməyininin vacibliyini vurğuladı. O, bildirdi ki, Darülfünunda tədricən yeni kafedralar açmaq, türk dilinin tədrisini genişləndirmək və müntəzəm olaraq milliləşdirmək lazımdır.
 
R.Kaplanov çıxışını təsirli bir məntiqlə yekunlaşdırdı: “Biz müsəlmanlar məscidə gedərkən onun müqəddəsliyinə ehtiramən ayaqqabılarımızı çıxarırıq. Çox istərdim ki, Darülfünunu da belə tədris edərək ona məbəd kimi baxaydıq və onun xüsusunda düşünərkən həqiqi bir elm məbədi yaratmağa xidmət edən mülahizatdan başqa digər fikir və mülahizələri kənara ataydıq. Çünki Darülfünuna bağladığımız ümid və arzulara ancaq bu şərait altında nail ola bilərik”.
 
Azərbaycan Parlamentinin 1919-cu ilin 25 avqustunda keçirilən 68-ci iclasında isə 16-ya qədər məsələ müzakirə edildi.
 
Parlament iclasının 1-ci məsələsi Azərbaycan Darülfünunun təşkili haqqında 2-ci oxunuşun müzakirəsi oldu.M.Hacınski Darülfünun haqqındakı qanun layihəsini maddələr üzrə oxudu. Bu oxunuşda türk dilinin Darülfünunda (2-ci maddə) məcburi tədrisi, Darülfünuna muxtariyyət verilməsi, bina ayrılması və digər məsələlər müzakirə edildi.
 
R.Kaplanov müzakirədə çıxış etdi və Bakıda Darülfünun binasının tikilməsi problemlərindən danışdı. O, qeyd etdi ki, Darülfünunun təşkili üçün əvvəl 3 milyon manat yarım nəzərdə tutulsa da, müəyyən əşyalar xaricdən alındığına görə “bunun kifayətsiz olduğu hiss edildiyindən 5 milyona qədər artırıldı”.
 
Parlamentin 1919-cu ilin sentyabrın 22-də keçirilən 76-cı iclasında 17-yə yaxın qanun layihəsi müzakirəyə çıxarıldı. Birinci məsələ olaraq “Azərbaycan Hökumət Darülfünunun təşkili haqqında qanun layihəsi”nin növbəti müzakirəsi keçirildi. Bu müzakirədə ən çox diqqət edilən Darülfünun Şurasında tələbələrin iştirakı məsələsi oldu. Ə.Pepinov və Q.Qarabəyli Şurada tələbələrin iştirakını vacib saysalar da, Maarif  naziri R.Kaplanov etiraz edərək dedi: “Əfəndilər! Əski Rusiyada darülfünunlar bir müəssiseyi-məarifdən ziyadə, bir mərkəzi-siyasət olmuşdu. Ona görə tələbələr siyasət ilə məşğul olurdılar. Bunun üçün tələbələr bu maddə əleyhinə çalışarlar. Bizdə isə belə deyildir. Azərbaycan kimi hüquqi-siyasiyyəyi təmin edən bir məmləkətdə tələbələrin hüquqi-siyasiyyələrindən bəhs etmək lazım deyil, bir də siyasət ilə məşğul olan  böyük  parlamentimiz  və siyasi firqələrimiz vardır. Arzu edərdik ki, Darülfünun siyasətdən uzaq olub elmvə  tədris  ilə məşğul olsun”.
 
Bu geniş müzakirələrdən sonra 1919-cu ilin noyabrında Bakıda ilk darülfünunun(universitetin) açılş mərasimi oldu.
 
NƏSİMAN YAQUBLU
TARİX ELMLƏR DOKTORU
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov