Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı, milyarder Araz Ağalarov Moskvada uşaq stasionar hospis mərkəzi tikdirib.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, bu barədə iş adamının oğlu, Azərbaycanın xalq artisti Emin Ağalarov “Instagram” səhifəsində paylaşım edib.
“Ata, sağ ol! Moskvada uşaqlar üçün “Mayak evi” açıldı”, - deyə E.Ağalarov bildirib.
Onun sözlərinə görə, xəstəxana “Həyat bəxş et” və “Vera” xeyriyyə fondlarının təşəbbüsü ilə tikilib.