Oktyabrın 30-da Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
Bununla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib:
“MDB Müdafiə Nazirləri Şurasının iclası oktyabrın 30-da Bakıda keçiriləcək”.
Qeyd edək ki, oktyabrın 12-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında xidməti müşavirə keçirilib.
Müşavirədə nazir Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasının yüksək səviyyədə təşkil edilməsi məqsədilə hazırlıq və təşkilati işlərin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.
istinad