Gəncə Şəhər prokuroru Fazil Həsənəliyev vəzifəsindən azad olunub.
“Report”un əldə etdiyi məlumata görə, F.Həsənəliyev Baş Prokurorluqda yüksək vəzifəyə təyinat alıb.
Belə ki, o, Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə təyin edilib.