Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsinə baxılıb.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, məsələ səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Ə.Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.
Buna qədər isə Baş nazir Novruz Məmmədov idi. N.Məmmədov bu vəzifəyə 2018-ci ilin aprel ayında keçirilən seçkilərdən sonra təyin olunmuşdu.