Xəbər lenti



Qazağın Quşçu Ayrım kəndi 1992-ci ildən indiyə qədər erməni işğalçıları ilə “daban-dabana” dayanıb desək səhv etmərik.

Bizimaz.az: BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu günə kimi kəndin 10 nəfər sakini düşmənin açdığı atəş nəticəsində şəhid olub. Elə bu saya yaxın da mülkü vətəndaş yaralanıb.

Dünən isə daha bir kənd sakini Səfərəli Ələkbər oğlu Abışov erməni gülləsinə tuş gələrək həyatını itirib.

Bildirək ki, hazırda qazaxın 7 kəndi erməni nəzarətindədir. Quşçu Ayrım kəndi İşğal altında olan  Bağanes Ayrım və Aşağı Əskipara kəndlərindən sonra ermənilərlə sərhəddə birinci kənddi.

Quşçu Ayrım  bu gün Qazaxın istinad divarıdır. Kənddə müəyyən qoruyucu tədbirlərdə görülüb.

Ümumiyyətlə Quşçu Ayrım kəndində  evlərin pəncərələri hörülüb.

Nə qədər qorunmağa çalışsalar da erməninin murdar əli uzanıb kənd sakinlərinin həyatına qəsdə  çatır. Bütün çətinliklərə baxmayaraq  bura doğma yurd, vətəndir.

Kənd sakinləri  böyük vətənpərvərlik nümunəsi göstərirlər. Onlar da döyüşürlər, amma arxa cəbhədə.

Onlar da arxa cəbhənin qəhrəmanlarıdır. Ordumuza güvənirik, dövlətimizə güvənirik deyirlər. Kənddən gedənlər də qayıdıb kəndə gəlirlər. 1992- ci ildə   ermənilər tərəfindən yandırılan  evlər 10 təmir olunub  sakinlərin özünə verilib.

Başqa  şəhərlərdə yaşayan sakinlər  yaxınlarının evinə,  nəvələr nənə babalarının yanına yay istirahətinə gəlirlər.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov