Xəbər lenti



Qadın və uşaq hüquqlarının müdafiə edən bəzi qeyri-hökumət təşkilatları AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi dərin işgəncələr, iztirablar, ağır xəsarətlər yetirilməsi ilə bağlı onun cinayət məsuliyyətinə cəlb olunması üçün Baş Prokurorluğa müraciət ediblər.

 

Bizimaz.az: Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib.

Onun sözlərinə görə, həmin müraciət hazırda Baş Prokurorluqda baxılma mərhələsindədir:

“Sözsüz ki, biz ilk növbədə zərərçəkmişlərin, həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənməliyik. Bundan sonra qanun çərçivəsində qərar qəbul olunacaq.

Xüsusilə onu vurğulamaq istərdim ki, bu gün özünü müxalifət adlandıran, özlərini vətəndaşların hüquqlarının müdafiəsi üzrə daim cəmiyyətə təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz, vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar.

Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərliyinin də bundan xəbəri olub və təəssüflər olsun ki, onlar da vaxtında heç bir tədbir görməyib, heç bir məlumat verməyiblər”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov