Xəbər lenti

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Ənvər Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yeni təyinatı ilə bağlı heç bir sərəncam yoxdur.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, Ənvər Qasım oğlu Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirib, 1975-1976-cı illərdə hərbi xidmət keçib.

1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışıb.

1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.

1985-1989-cu illərdə Ağsu rayon Partiya Komitəsində təlimatıçı, 1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri, 2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də idarə rəisi vəzifələrində işləyib.

18 dekabr 2007-ci ildən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir oğlu, üç nəvəsi var.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov