ABŞ-ın Somalinin Baledoqle adlanan bölgəsində yerləşən hava bazasında şiddətli partlayışlar baş verib.
BAKU.WS xarici KİV-ə istinadla xəbər verir ki, iki bomba yüklü nəqliyyat vasitəsi ilə aviabazaya hücum edilib.
Partlayıcı maddələrlə dolu maşınlar partladıqdan sonra silah səsləri eşidilib.
Yerli KİV-lər "Əl-Qaidə" ilə əlaqəli terror təşkilatı olan "Əş Şabab"ın bazanı hədəf aldığını bildirib. Xəbərdən bir neçə dəqiqə sonra "Əş Şəbab" partlayışı öz üzərinə götürüb.
Hadisədən sonra itkilərin olduğu istisna edilmir.
Sözügedən bazada ABŞ qoşunları Somali əsgərlərinə təlimlər keçirdi.