Xəbər lenti



Millət vəkili Rafael Cəbrayılov mandatından imtina etməsi ilə bağlı Milli Məclisə müraciət edib.

 

Bizimaz.az: Publika.az xəbər verir ki, bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Rafael Cəbrayılov müraciətində seçicilərdən, xalqdan və deputatlardan üzr istəyib.

Ə.Hüseynli bildirib ki, R.Cəbrayılovun müraciəti barədə Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.

Qeyd edək ki, millət vəkili Təranə Fətəliyeva və Xatirə Nəcəfova adlı vətəndaşlardan toplam olaraq 600 min dollar məbləğində borc pul alması və borc qarşılığında deputat vəsiqəsini girov qoyması barədə xəbərlərlə, bir-birinin ardınca yayılan video və səs yazısı ilə ifşa olunur.

Son səs yazısında isə Rafael Cəbrayılov pulu qaytaracağı vədini verir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov