MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimidir.
Bizimaz.az : Axar.az xəbər verir ki, ailə üzvləri və silahdaşları II Fəxri Xiyabanda mərhum pilotun qəbrini ziyarət edib.
Mərhumun azyaşlı oğlu da atasının məzarı üstünə gəlib və göz yaşlarını saxlaya bilməyib.
Polkovnik Abdulla Qurbani Hərbi Hava Qüvvələrinin baş komandanı general-leytenant Ramiz Tahirov başda olmaqla onun silahdaşları adından bir daha Rəşadın, əziz zabitinizin ailəsinə, doğmalarına başsağlığı verib:
“Onun Vətən torpağına əmanət edildiyi vaxtdan 40 gün keçir. Bu ağrı və itki ailəsi kimi silahdaşlarını da kədərləndirdi. Bu günlərdə qürurverici hadisələrlə də qarşılaşmışıq. Rəşad qardaşımıza hesabat və vəfa borcu olaraq çatdırmaq istərdik ki, Türkiyə-Azərbaycan pilotlarının birgə taktiki təliminin bağlanış mərasimində Rəşad ehtiramla xatırlandı. ASAN Xidmətlə Müdafiə Nazirliyinin Bakının işğaldan azad olunmasının 101-ci ildönümü münasibətilə hərbi ali məktəblərin 101 nəfər tələbəsi düşərgələrdə oldular. Birinci günün yarışlarının nəticələri elan olundu, mükafatlandırılma zamanı tədbirdə mindən çox insan iştirak edirdi. Tələbə adını açıqlayanda Rəşad Atakişiyev kimi elan edəndə meydanı alqış bürüdü. Hərbi Hava Qüvvələrində Rəşad Atakişiyev kimi minlərlə oğullarımız var.
Bu gün dövlət televiziyasının radiosunda gün rəzində rekviyem səslənəcək.
Onun dəfninin səhəri gün xəbər eşitdik ki, qardaşı Elşadın oğlu dünyaya gəldi, adını Rəşad qoydular. Bu hər kəsə nəsib olmur ki, ölümündən dərhal sonra adı başqasına qoyulsun", - o bildirib.