Xəbər lenti



“Mandatımı heç vaxt girov qoymaram, çünki bu mənim yox, seçicilərimin vəsiqəsidir, minlərlə seçicimin etimadıdır”.
Bizimaz.az xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "3D” proqramında millət vəkili Qənirə Paşayeva deyib.

O deyib ki, deputat maaşı ona bəs edir və saat, ayaqqabı, geyim hansı markadan olması onun üçün önəmli deyil:

“Bahalı əyləncə yerlərinə, istirahətlərə heç vaxt getmirəm. Ona görə yetərlidir. Millət vəkillərinin maaşları bəllidir. Bu maaşların üzərindən onlara sosial mediada xoş olmayan ifadələr yazılır. Öz adımdan deyə bilərəm ki, aldığım məvacibin yarısından çoxu seçicilər, kasıb ailələrin müalicə, təhsil və digər haqları üçün ödəyirəm. Bəzən başqa qayğıları olur, dəstək istəyirlər. Əmin ola bilərsiniz ki, alınan maaşın hamısı özümüzə xərclənmir”.

baku.ws
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov