Xəbər lenti

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanı qəbul edib.

 

AZƏRTAC xəbər verir ki, Natiya Turnava Gürcüstanın Baş Naziri Georgi Qaxarianın salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi hesabına ticarət dövriyyəsinin genişləndirilməsi, tranzit yükdaşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə edilməsi məsələləri müzakirə edilib, energetika, sərmayə qoyuluşu, elektroenergetika, turizm sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Baş nazir Georgi Qaxarianın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş Nazirinə çatdırmağı xahiş edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov