Xəbər lenti



Türk Hava Yollarının Bakı ofisinin telefon zənglərini qəbul edən operatoru zəng edənlərə rus, ingilis və türk dilində cavab verir. Ancaq Azərbaycan dilində danışan operator yoxdur.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, belə bir problemi jurnalist Azər Sarıoğlu gündəmə gətirib. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bir şirkət filialının bu ölkənin dilində xidmət göstərməməsi ayıbdır:

“Türk Hava Yollarının Bakı ofisinə zəng etmişəm. Operator rusca cavab verir. Əlavə olaraq rus dilində deyir ki, rusca davam etmək üçün "0", ingiliscə üçün "1", türkcə davam üçün "2"-yə tıklayın. Bəs Azərbaycan dilinə necə, “tıklamağı” lazım bilmirsiniz?

Azərbaycanda fəaliyyət göstərən və buradan pul qazanın bir şirkətin bu cür fəaliyyəti yolverilməzdir”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov