Xəbər lenti

Millət vəkili Qənirə Paşayeva ibtidai sinif müəllimlərinin 2-ci Təhsil Forumunda iştirak edib.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, millət vəkili çıxışı zamanı ibtidai sinif müəllimlərini məktəbin sütunu adlandırıb:

“Uşaqlarımız ibtidai təhsillərini hansı baza üzərində alırsa, gələcəkdə də o baza üzərində davam etdirirlər. İbtidai təhsili zəif olan uşaqlar gələcəkdə də təhsillərini davam etdirərkən çətinliklərlə qarşılaşırlar. Ona görə də siz müəllimlər millətimizin gələcəyini yetişdirən insanlarsınız. Bir millətin inkişafı təhsildən keçir. Xüsusilə 21-ci əsrdə dünya artıq beyinlərin əsridir. Bu gün hansı millət təhsilə qiymət verəcəksə, onun sabahı daha da işıqlı olacaq. Ona görə bu gün təhsilin inkişafı bizim üçün olduqca vacibdir. Bunun da təməli ibtidai sinifdə atılır. İbtidai sinif müəllimi bir az da uşaqlara valideyn kimi yanaşır, çünki o yaşda uşaqların təhsilə başlaması heç də asan olmur. İbtidai sinif müəllimi təkcə bilikləri öyrətmir, həm də onların formalaşmasında şəxsiyyət kimi rol oynayır. Cənab Prezidentin təhsil sahəsində verdiyi sərəncamlar, onun rəhbərliyi ilə aparılan islahatlar təhsilin inkişafında böyük rol oynayır. Ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına verdiyi dəstək hər zaman öz əhəmiyyəti ilə seçilib. Bu gün müəllimlərimizin maddi şəraitindən tutmuş, əmək haqlarının artırılmasına qədər bir sıra istiqamətlərdə xeyli işlər görülür. Dövlətimizin iqtisadi inkişafı artdıqca müəllimlərimizin həyat şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət veriləcək. Biz çalışmalıyıq ki, böyütdüyümüz gənc nəsillər hər məsələdə bizdən qabaqda olsunlar. Ona görə də ibtidai sinif müəllimlərinin üzərinə daha çox yük düşür”.

Q.Paşayeva ibtidai sinif başda olmaqla, bütün müəllimləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, onlara bu şərəfli işlərində uğurlar diləyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov