Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu il sentyabr ayının 28-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində vətəndaşlarla görüş keçirəcək.
Bizimaz.az: Bu barədə Daxili İşlər Nazirliyini mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
Verilən məlumata görə, Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.