Bu gün Azərbaycanın ümummilli lideri, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anım günüdür. Mərhum dövlət başçısının vəfatından 14 il keçir.
Səhər saatlarından başlayaraq Azərbaycanın ictimaiyyət nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən
Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları Fəxri xiyabana üz tutur,
Heydər Əliyevin məzarı önünə əklillər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua oxuyurlar.