Türkiyənin sabiq Baş naziri və parlamentin sabiq sədri Binəli Yıldırım Çankaya köşkündən köçməyə hazırlaşır.
Bizimaz.az: Haberler.com-a istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə seçkilərdə Əkrəm İmamoğluna məğlub olan Yıldırım artıq Ankaraya qayıdıb.
Onun ilk işinin Çankaya köşkündən köçəcəyi və Dikmən səmtində özünə aid bir evdə yaşayacağı bildirilir.
Bu arada, Yıldırımın bundan sonra hansı vəzifədə çalışacağı da əsas müzakirə mövzularından birinə çevrilib. Uzun illərdir iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) ən etibarlı kadrlarından biri olan Yıldırımın nazir, Prezident köməkçisi postuna və ya AKP-də yüksək vəzifəyə gətiriləcəyi iddia edilir.
istinad