Yeni Azərbaycan Partiyası Silahlı Qüvvələrin Yardım Fonduna köçürmələri davam etdirir. Elə təkcə partiyanın Nəsimi rayon təşkilatı fonda 20 min manat köçürüb.
Bizimaz.az: Publika.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov jurnalistlərə deyib.
S.Novruzov qeyd edib ki, Milli Məclisin deputatlarının hərəsi 500 manatdan yardım ediblər: "Partiya üzvü olmayan, bitərəf deputatlar da bu prosesə qoşulub. Hesab edirəm ki, kifayət qədər məbləğ toplanacaq".