Vaşinqton ölkə ərazisində rəsmi Karakasın maraqlarını Türkiyənin təmsil etməsindən imtina etdikdən sonra ABŞ vətəndaşları Venesuela ərazisində diplomatik müdafiəyə arxayın ola bilməz.
Bizimaz.az: xəbər verir ki, bu barədə Venesuela XİN-in rəhbəri Xorxe Arreaza danışıb.
Məlumata görə, ABŞ tərəfinin qərarından sonra Venesuela İsveçrəni amerikalıların maraqlarının təmsilçisi kimi tanımaqdan imtina edib.
“Venesuela ərazisində yaşayan ABŞ vətəndaşları müdafiəyə malik olmayacaq”, - XİN-dən bildirilib.