Xəbər lenti

Avesta Konserni MMC-nin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin “Xəzər adaları”nı 570 milyon manatlıq kreditinin əvəzinə “Aqrarkredit”ə verməsi bu layihəni yenidən gündəmə gətirib.

 

Kult.az xəbər verir ki, “Avesta” şirkətinin təşəbbüsü ilə 2011-ci ildə tikintisinə başlanılan layihənin dəyəri 100 milyard dollar proqnozlaşdırılırdı.

Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılmışdı. Şəhərdə həmçinin 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və 1050 metrlik “Azərbaycan Tover”in tikilməsi nəzərdə tutulmuşdu. Bildirilirdi ki, əgər bu qüllə tikilsə, dünyanın ən hündür binası olacaq.

Burada dünyanın ən böyük məscidinin, 150 körpünün və 1 hava limanının tikilməsi layihələndirilib. Bütün bu tikililərin 9.0 ballıq zəlzələyə davam gətirə biləcəyi iddia edilib.

“Xəzər adaları” layihəsi qısa müddətdə təkcə ölkəmizdə deyil, bütün dünyada böyük maraq doğurub.

Layihənin əsas hissəsinin tikintisi üçün 60 milyard dollar tələb olunurdu. Bu məbləğin yarısının xaricdən cəlb olunacağı, yarısının isə mənzil satışından gələn gəlirin hesabına əldə ediləcəyi gözlənilirdi.

Layihəyə ABŞ, Türkiyə, ərəb və Çin investorlarının maraq göstərdiyi haqda Hacı İbrahim məlumat yaymışdı. 2012-ci ilin iyul ayında türk iş adamı Əli Ağaoğlunun layihəyə 125 milyon, Qətərin dövlət şirkətinin isə 1 milyard yatıra biləcəyi də piar olunmuşdu.

2013-cü ilin yanvar ayında layihə çərçivəsində 3 böyük şirkətlə müqavilə imzalandığı deyildi. Müqavilənin ilkin dəyəri 510 milyon avro olub. Kanada dövlət agentliyi “Eksport Development Kanada”nın isə tikinti layihəsinin reallaşdırılması üçün 4 milyard dollaradək məbləğdə kredit ayıracağı vurğulanırdı.

2013-cü ilin oktyabr ayında adalarda inşa edilmiş idman və stadionlar kompleksin açılışı oldu. Lakin cəmi iki il sonra - 2015-ci ildə layihənin tikintisi dayandırıldı.

Layihə halında öz gözəlliyi ilə dünyanı heyran edən “Xəzər adaları” hazırda bu haldadır.

  
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov