Xəbər lenti

Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyası sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmənin həyata keçirilməsini təşviq etmək üçün Azərbaycana maliyyə yardımı ayırıb.

 

Bizimaz.az:   BMT-nin Avropa İqtisadi Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı ölkələrində iqtisadiyyatın yaşıllaşdırılması” (EaP GREEN) layihəsinin “Ətraf mühit üçün Avropa İttifaqı” proqramı çərçivəsində Azərbaycanla bərabər, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya ümumilikdə 2.6 milyon dollar həcmində maliyyə yardımı ayrılıb.

Qeyd edək ki, "Şərq tərəfdaşlığı ölkələrində iqtisadiyyatın yaşıllaşdırılması” layihəsinin ümumi məqsədi iqtisadi inkişaf prosesinin ətraf mühitin tənəzzülü və resursların tükənməsi prosesindən ayrılmasında Aİ-nin Şərq Tərəfdaşlığı proqramına daxil olan 6 ölkəyə – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya dəstək göstərməkdir.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov