Xəbər lenti



Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Rusiyadan Azərbaycana deportasiya olunmuş jurnalist Fuad Abbasovla görüşüb.

 

Bu barədə şura sədrinin özü məlumat verib.

O, görüşdə jurnalistin gələcək fəaliyyəti və digər məsələlər haqda danışdığını deyib:

“Rusiyadan öz ölkəsinə deportasiya olunan Fuad Abbasovla Mətbuat Şurasında görüşdük. O, başına gələnləri danışdı, ağır gunlərində onu tək buraxmayan Azərbaycan dövlətinə və Mətbuat Şurasına öz minnətdarlığını bildirdi. Fuadla gələcək planlarını da birlikdə müzakirə etdik.

İnanıram ki, haqq öz yerini tapacaq və tanınmış jurnalist indiyədək edə bilmədiklərini özünün “Misra” TV internet telekanalında gerçəkləşdirəcək. (teleqraf.com)

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov