Xəbər lenti



Dövlət İmtahan Mərkəzi tərəfindən 2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisəsələrində buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi prosesinə başlanılıb.

 

Bizimaz.az: Mərkəzdən  verilən məlumata görə, bununla əlaqədar olaraq ümumtəhsil müəssisələri "Şagird-məzun" dövlət elektron məlumat sisteminə buraxılış sinif şagirdlərinin illik qiymətlərini vaxtında, tam və düzgün daxil edib təsdiqləməlidirlər.

Xatırladırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə əsasən ümumi təhsil və peşə təhsili müəssisələrinin “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə-vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

publika.az

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov