Xəbər lenti

İki gün əvvəl yenidən səhhəti pisləşən sabiq vergilər naziri Fazil Məmmədov Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib. Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir.

Məsələ ilə bağlı Unikal.org-a Fazil Məmmədovun yeznəsi, Binəqədinin sabiq başçısı Xaləddin İsgəndərov açıqlama verib. O bildirib ki, Fazil Məmmədov xəstəxanaya qastrit diaqnozu ilə daxil olub:

“Xəstəxanaya yerləşdiyi gün, Fazil müəllimin səhhətinə ciddi problem var idi. Əməliyyat olundu. Həkimlərin səyi nəticəsində, hazırda səhhətində yaranan problem aradan qaldırılıb. Dünən axşam evə buraxılıb. Ev şəraitində müalicəsini davam etdirir”.

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qaraciyarində problemlrə var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov