Xəbər lenti


Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. 
 
Bizimaz.az xəbər verir ki, Birinci-vitse prezidentin sosial şəbəkədə paylaşdığı təbrikdə deyilir: 
 
“Əziz həmvətənlər!
 
Əziz hərbi qulluqçular və veteranlar!
 
Bu gün biz Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edirik. Bu, hərbi rəşadət, şərəf və igidlik bayramıdır. Bu gün biz həyatını riskə məruz qoyaraq Vətənimizi müdafiə edənlərin qəhrəmanlığına ehtiramımızı bildiririk.
 
Silahlı Qüvvələr Günü əsl ümumxalq bayramıdır. Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır. Dövlətin hərbi qüdrəti bir çox amillərlə şərtlənir. Lakin bizim ordumuzun əsas gücü Azərbaycanın əsgər və zabitlərinin döyüş ruhu və Vətənə hədsiz sevgisidir.
 
Əziz hərbçilərimiz! Biz sizin mərdliyiniz, şücaətiniz və ən yüksək peşəkarlığınızla fəxr edirik. Bu əlamətdar bayram münasibətilə sizi ürəkdən təbrik edirəm”.

istinad
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov