Dünən qeydə alınan temperatur göstəricisi son 20 ildə iyun ayı üçün rekord olub.
Bizimaz.az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun panelində çıxışı zamanı deyib.
“Azərbaycanda dünən və bu gün çox isti olub. Havanın temperaturu 37-38 dərəcə təşkil edib. Bu da son 20 ildə iyun ayı üçün rekord göstəricidir”.
Nazir qeyd edib ki, bu da iqlim dəyişikliyinin təzahürüdür.
istinad