Xəbər lenti



Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də əməkhaqlarında artım olacaq.

 

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəli təsdiq edildikdən sonra diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin əməkhaqlarında sentyabrın 1-dən artım olacaq (minimum aylıq əməkhaqqı artımına uyğun olaraq):

"Ancaq o müəllimlər diaqnostik qiymətləndirmədən keçdikdən sonra onlar birinci istiqamət üzrə (diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər üçün nəzərdə tutulan 20 faizlik artımla) əməkhaqqı almağa başlayacaqlar. Hər bir halda həm diaqnostik qiymətləndirmədən keçən, həm də keçməyən müəllimlər, eyni zamanda qeyri-müəllim vəzifələrində çalışan təhsil işçilərinin də əməkhaqqının artımı sentyabrın 1-dən olacaq".

F.Qədirov deyib ki, müddətli müqavilə ilə işə qəbul olunan müəllimlərin də aylıq vəzifə maaşlarında sentyabrın 1-dən 20 faiz artım olacaq:

"Müəllimlərin işə qəbulunda iştirak diaqnostik qiymətləndirməyə bərabər tutulur. Bu barədə ölkə Prezidentinin sərəncamı var. Həmin sərəncamdan çıxış edərək deyə bilərik ki, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlər üçün nəzərdə tutulan 20 faizlik artım müddətli müqavilə ilə işə qəbul olunan müəllimlərə də şamil ediləcək".

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov