Ermənilər Buğanis-Ayrım kəndində uşaq bağçasının tikintisi başa çatdırıb.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, bu gün həmin bağçanın təntənəli açılışı təşkil olunacaq.
Məlumata görə, bağçanın tikintisi “PAROS” fondu tərəfindən maliyyələşdirilib və inşaat işləri 10 ay müddətində başa çatdırılıb. Müasir standartylar səviyyəsində inşa edilən uşaq bağçasında uşaqların əylənməsi və istirahət üçün bütün infrastruktur yaradılıb.
Çayın yaxınlığında inşa edilən bağçanın mümkün daşqın təhlükəsindən qorunması üçün də zəruri tədbirlər görülüb, sahil boyu daşqın blokları yerləşdirilib.
Məlumat üçün qeyd edək ki, Buğanis Ayrım ermənilər tərəfindən işğal edilən ilk Azərbaycan kəndidir. Kənd 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilər tərəfindən işğal edilib, kəndin bütün əhalisinə vəhşicəsinə divan tutulub.