Xəbər lenti


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Bizimaz.az: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti hökm sürəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25° isti, gündüz 31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35% olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.
Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17°isti, gündüz 22-27° isti təşkil edəcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov