Xəbər lenti


 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.
 
Heydər Əliyev Fondu mərhum eks-prezident Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyevanın yas mərasiminin bütün xərclərini öz üzərinə götürüb.
 
Mərhum Həlimə xanımın qardaşı Mirmövsüm Mahmudov Modern.az-a açıqlamasında  Əbülfəz Elçibəyin ailəsi adından birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
 
“Rəhmətlik bacım Paşayevlər ailəsi ilə yaxın idi. Paşayevlər ailəsi yaxşı ailədir. Burdan Mehriban Əliyevaya dəstək və yardımları üçün öz minnətdarlığımı bildirirəm. Allah ölənlərinə rəhmət eləsin”.
 
Qeyd edək ki, Həlimə Əliyeva ötən gün Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib. O, bu gün Ordubad rayonunun Kələki kəndində dəfn edilib.(modern)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov