Türkiyədə vəfat edən eks-prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın cənazəsi Azərbaycana göndərilib.
“Yeni Sabah” xəbər verir ki, mərhum Kələki kəndində dəfn olunacaq.
Sosial şəbəkədə yayılan xəbərlərə görə, mərhumun cənazəsi Azərbaycana xüsusi təyyarə ilə gətirilib. Bu haqda tapşırığı isə prezident İlham Əliyev verib.