Xəbər lenti

“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” adlı konfrans keçirildi
 

Bakıda Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib.

 

Bizimaz.az Publika.az-a istinadən  xəbər verir ki, konfransda Azərbaycan Mətbuat Şurasının, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi, baş redaktorlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açıq elan edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransın 15 iyun – Milli Qurtuluş Gününə həsr edildiyini bildirb.

O qeyd edib ki, 15 iyun Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir gündür: “Müasir Azərbaycanın inkişafı 15 iyun Milli Qurtuluş Günü ilə başlayıb. Heç zaman unutmamalıyıq ki, 15 iyun Azərbaycanı bölünməkdən qurtardı. Xalqımızın təkidi ilə ikici dəfə siyasi hakimiyyətə qayıdan Ulu öndər az müddət ərzində xalqın bütün nümayəndələri arasında milli barışığa nail oldu. Ölkəyə investisiya axını təmin olundu.

“Əsrin müqavilə”sindən sonra əldə olunan bütün nailiyyətlər Azərbaycanın inkişafına həsr olundu. Bütün bu məsələlər barədə saatlarla danışmaq mümükündür”.

Ə.Amaşov Heydər Əliyevin media siyasəti barədə danışıb. O, vaxtilə “RUH” Jurnalistləri Müdafiə Komitəsinin Heydər Əliyevi “Jurnalistlərin dostu” seçməklə medianın yekdil mövqeyinin olduğunu vurğulayıb: “Heydər Əliyev mətbuata kifayət qədər açıq idi və jurnalistikanın gücünü kifayət qədər aydın dəyərləndirirdi. O, Azərbaycan KİV-lərinin dövlətçilik ruhunda inkişafında mühüm işlər görüb. İstər Naxçıvanda dövlət çevrilişinə cəhd olunanda, istərsə 1994-95-ci illərdə dövlət çevrilişinə cəhdlər zamanı televiziya vasitəsilə xalqa müraciət edib onları səfərbər olmağa çağırması kifayət qədər ciddi addım idi. Demək ki, Heydər Əliyev medianın rolunu aydın dərk edirdi. Onun xalqa müraciət forması bunun bir göstəricisidir”.

Ə.Amaşov bildirib ki, vaxtilə qəzetlərin "Azərbaycan" nəşriyyatına kifayət qədər borcu yaranmışdı. Belə bir məqamda Heydər Əliyev media rəhbərləri ilə görüş keçirdi və borclar bağışlandı.

Natiq Heydər Əliyevin 1998-ci il avqustun 6-da senzuranın ləğvi ilə bağlı sərəncamının bütün media ictimaiyyətində rəğbət doğurmaqla yanaşı, cəmiyyəti sözün yaxşı mənasında şoka saldığını vurğulayıb: “Biz hamımız düşünürdük ki, müharibə vəziyyətində olan bir ölkə senzuranı necə ləğv edə bilər?! Amma sonrakı proseslər Heydər Əliyevin bu addımının da doğru olduğunu ortaya qoydu”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Cahangir Məmmədli Heydər Əliyevin ömrünü xalqına fəda etmiş millət fədaisi adlandıırb.

O, ulu öndərin Bəxtiyar Vahabzadə və digər vətənpərvər insanları xilas etdiyini vurğulayıb.

C.Məmmədli qeyd edib ki, Azərbaycanın bugünkü inkişafına görə Heydər Əliyevə minnətdar olmalıyıq.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli o günlərin canlı şahidi olduğunu vurğulayıb: “1990-cı illərin əvvəlində Azərbaycanda bir xaos yaranmışdı. Nazirlərin hər biri özünü prezident kimi aparırdı. Birinin sözü digərinin boğazından keçmirdi. Belə bir durumda cəbhədə uğrsuzluqlar baş veridi və nəhayət, Gəncədə qardaş qanı töküldü. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Belə bir zamanda Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi. Ona Milli Məclisdə sual verdilər ki, siz bu problemləri həll edə biləcəksinizmi. Ulu öndər dedi ki, mənim sehrli çubuğum yoxdur, ancaq bütün gücümü səfərbər edib bundan sonrakı ömrümü xalqıma həsr edəcəm”.

V.Səfərli qeyd edib ki, o dövrdə müstəqil media yox idi: “Daxili işlər naziri İsgəndər Həmidov jurnalist Mahal İsmayıloğlunu döydürüb maşının yük yerinə salıb gətirtmişdi. Hakimiyyəti təndiq etmək mümkün deyildi. 2001-ci ildə baş redaktorlarla görüş keçirildi və medianın bir sıra problemləri həllini tapdı. Onu da deyim ki, o vaxtadək milli mətbuatımızın yubileyləri qeyd olunmurdu. Məhz 2000-ci il iyulun 22-də “Gülüstan” sarayında milli mətbuatımızın 125 illiyi qeyd olundu. Ondan sonra hər 5 ildən bir milli mətbuatımızın yubileyləri təntənəli şəkildə qeyd olunur”.

V.Səfərli Ulu öndərin bu siyasətinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib: “Təkcə onu deyim ki, KİVDF yaranandan indiyədək mediaya dövlət büdcəsindən 41 milyon manat vəsait ayrılıb. Nə qədər ki, müstəqil Azərbaycan var, Heydər Əliyev də əbədi yaşayacaqdır”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev "Heydər Əliyev-media", "Heydər Əliyev-jurnalistlər" mövzusunun çox maraqlı olduğunu bildirib: “Mən həmin illərdə Naxçıvan Universitetində müəlim işləyirdim. O hadisələr mənim gözümün qabağaındadır. 1993-cü ildən əvvəl Heydər Əliyevin yanına gəlib-gedənlər arasında Vüqar Səfərli, Əflatun Amaşov, Vüqar Rəhimzadə kimi jurnalistlər var idi”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay Heydər Əliyevin çox güclü şəxsiyyət olduğunu bildirib: “O, mətbuatın qiymətini çox yaxşı bildiridi. Özü qəzetləri oxuyurdu, jurnalistləri üzdən tanıyırdı. Jurnalist üçün onu ölkənin birinci şəxsinin oxumasından böyük nə ola bilər?!”

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Heydər Əliyevi kənardan qiymətlərndirməyi bacarmağın lazım olduğunu vurğulayıb: “1993-cü ildə Heydər Əliyev hakimiyətə gəlməsindən 1 il 3 ay sonra nəhəng şirkətlərin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandı. Dövlət həyatının bütün sahələri üzrə köklü islahatların həyata keçirilməsinə başlanıldı”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Heydər Əliyevin Yaxın Şərqin, müsəlman dünyasının yetişdirdiyi böyük şəxsiyyət olduğunu deyib: “Heydər Əliyevin jurnalistlər arasında özünü rahat hiss etməsi onun güclü şəxsiyyət olmasından irəli gəlir. 2001-ci ildə Heydər Əliyev mili mətbuatımızın latın qrafikalı əlifbaya keçməsi barədə fərman imzaladı. Onun bir açıqlamasından sonra məmurlar mətbuatın tənqidləinə qarşı dözümlü olmağa başladılar. 2002-ci ildə mətbuat günü ərəfəsində 10 qəzetin baş redaktoru ilə 3 saatlıq görüş keçirdi. 2002-ci ildə “Jurnalistlərin dostu” seçilməsinə həm çox təəccüblənmiş, həm də sevinmişdi. Mətbuatdan çəkinmirdi, ictimai fikri istədiyi istiqamətə yönəldə bilirdi. Biz ona tanrıdan rəhmət diləyirik”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakütləsinin kafedra müdiri Allahverdi Məmmədli Heydər Əliyevin xalqın yanında alnıaçıq, üzü ağ bir insan olduğunu bildirib.

Tədbirə yekun vuran Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Azərbaycan var olduqca Heydər Əliyevin xatirəsi əbədi yaşayacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov