AMEA Radiasiya Problemləri İnstitutunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.
Bizimaz.az :Axar.az xəbər verir ki, tədbirdə çıxış edən AMEA Radiasiya Problemləri İnstitutunun direktoru professor Oqtay Səmədov, AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə, AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini Rəvan Mehdiyeva 15 iyunun xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını söyləyiblər.
Tədbirdə çıxış edən AMEA Qadınlar Şurası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru millət vəkili Qənirə Paşayeva 15 İyun - Milli Qurtuluş Gününün xalqımız və dövlətimiz üçün əhəmiyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Millət vəkili Milli Qurtuluş Gününün tariximizdəki yeri, ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün böyük xidmətlərindən danışaraq gəncləri ondan örnək almağa, yaxşı oxumağa, öz işlərində peşəkar olmağa, vətənin, millətin maraqlarını öz şəxsi maraqlarından üstün tutmağa, tarix və mədəniyyətimizi dərindən öyrənməyə çağırıb.
Q.Paşayeva həm millət vəkili, həm də ziyalı olaraq hər zaman alimlərimizin yanında olduğunu və onların uğur fəaliyyətlərinin KİV-də geniş şəkildə təbliğ olunmasının vacibliyini vurğulayıb:
“Kişi və qadın alimlərimizlə birlikdə ziyalı olaraq böyüyən gənclərimizin elmə, biliyə daha çox meylli olması istiqamətində çalışmaları daha da artırmalıyıq. Elm sahəsindəki uğurlarımızın artmasına böyük ehtiyac var. İnanırıq ki, birlikdə gənc alimlərimiz dövlətimizin elmə artan diqqəti və dəstəyindən yararlanaraq böyük uğurlara imza ata biləcəklər”.