Fuad Abbasovun hansı media qurumunu təmsil etdiyini bilmirəm. Mən bu məsələyə azərbaycanlı jurnalistin yox, Azərbaycan vətəndaşının məsələsi kimi baxıram.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib. O qeyd edib ki, Rusiya tərəfinin məlumatına görə, F. Abbasov Rusiyada qalma müddəti başa çatdıqdan sonra lazımi qurumları məlumatlandırmayıb:
“Bu da kobud qanun pozuntusudur. Başqa ölkələrdə qanunsuz qalan şəxslərin deportasiyası nadir hal deyil. Bu sadəcə olaraq mətbuatın diqqətini cəlb edib”. (APA)